Bank Of Baku

Dəvəçi-Xaçmaz zonasında mövcud olan turizm mərkəzi və mehmanxanalardan 24-nün fəaliyyəti dayandırılacaq

Dəvəçi-Xaçmaz zonasında mövcud olan turizm mərkəzi və mehmanxanalardan 24-nün fəaliyyəti dayandırılacaq
# 15 may 2009 09:39 (UTC +04:00)
Xaçmaz-APA. Dəvəçi-Xaçmaz zonasında mövcud olan 50 turizm mərkəzi və mehmanxanadan 24-nün fəaliyyəti dayandırılacaq. Xaçmaz Regional Turizm və İnformasiya Mərkəzindən APA-nın şimal bürosuna verilən məlumata görə, buna səbəb həmin obyektlərin fəaliyyəti üçün dövlət lisenziyasının olmaması, həmçinin bu obyektlərdə xidmət prosesinin qeyri-qənaətbəxş təşkil edilməsidir.
Bölgədə beş, dörd, və üç ulduzlu hotellər, eləcə də böyük turizm obyektləri var. Yeni mövsümdə qiymətlərin stabilləşdirilməsi, eləcə də bir sıra dünya ölkələrini bürüyən maliyyə böhranının təsirinə məruz qalmamaq üçün bölgədə turizmin təşkili ilə məşğul olan təşkilatlar ciddi tədbirlərə başlayıb. Turizm mütəxəssislərinin bildirdiyinə görə, Xaçmaz, Quba və Qusar rayonlarında turizmin müxtəlif növlərinin, xüsusən də kənd turizminin təşkili üçün əlverişli təbii şərait var. Belə ki, kənd həyatı ilə təmasda olaraq istirahət etmək turistlər üçün maraqlı olmaqla bərabər, həm də daha ucuz başa gələr. Qubada kənd turizmi ilə məşğul olan sahibkar Şakir Hüseynovun bildirdiyinə görə, rayonun bir neçə kəndində icma əsaslı turizm növündən istifadə olunur. Amma turizm fəaliyyətinə cəlb edilən kənd əhalisinin əksəriyyəti bu sahəyə yetərincə bələd deyil. Onların turizm xidməti sahəsində maarifləndirilməsinə ehtiyac böyükdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR