Bank Of Baku

Rusiya ali məktəblərində təhsil almaq istəyən Azərbaycan vətəndaşları üçün qəbul imtahanı keçirilir

Rusiya ali məktəblərində təhsil almaq istəyən Azərbaycan vətəndaşları üçün qəbul imtahanı keçirilir
# 15 may 2009 10:34 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda və bu ölkənin digər ali məktəblərində təhsil almaq istəyən Azərbaycan vətəndaşları üçün qəbul imtahanı keçirir. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna qəbul imtahanında iştirak etmək üçün 10, digər ali məktəblərə qəbul imtahanında iştirak etmək üçünsə 88 nəfər, ümumilikdə 98 abituriyent qeydiyyatdan keçib. Beynəlxalq Əlaqələr İnstitutunda təhsil üçün II və III ixtisas qrupları üzrə Azərbaycana 3 yer (ödənişsiz əsaslarla) təqdim olunub. Rusiyanın 50-dən artıq digər ali məktəbində isə 100 plan yeri ayrılıb.

İmtahan 225 saylı orta məktəbin binasında keçirilir. Nəticələr bu gün komissiyanın internet səhifəsində yerləşdiriləcək. Test imtahanı nəticəsində I ixtisas qrupunda 400 və daha yüksək, digər qruplarda 500 və daha yüksək bal toplayan abituriyentlər II mərhələyə - müsahibəyə buraxılacaqlar. Müsahibə 2009-cu il mayın 16-da keçiriləcək və bu zaman Azərbaycan bölməsi abituriyentlərinin rus dilini, rus bölməsi abituriyentlərinin isə Azərbaycan dilini bilmə səviyyəsi (müvafiq dillərdə inşa yazmaqla), eləcə də ümumi dünyagörüşü yoxlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR