Bank Of Baku

Gənc ailələr arasında “Mənim ailəm” festivalı keçirilib

Gənc ailələr arasında “Mənim ailəm” festivalı keçirilib
# 15 may 2009 10:55 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. 15 may – Beynəlxalq Ailə Günü münasibətilə Gənclər və İdman Nazirliyi gənc ailələr arasında “Mənim ailəm” festivalı keçirib. APA-nın məlumatına görə, festivala ölkənin 16 bölgəsindən 17 gənc ailə qatılıb. Açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd gənc ailələrə dövlət qayğısının artırılması, cəmiyyətdə ailə dəyərlərinin təbliği, sağlam və möhkəm ailələrin qurulmasına ictimai dəstək göstərilməsi, gənc ailələrin tərbiyə funksiyalarının gücləndirilməsinə əlverişli şəraitin yaradılması, onların ailəvi istirahəti və asudə vaxtının mənalı təşkil edilməsindən ibarətdir. Artıq beşinci dəfədir keçirilən festivalın proqramına əsasən gənc ailələr gün ərzində əyləncəli musiqi, əyləncəli idman, intellektual bilik yarışlarında, foto və rəsm müsabiqələrində iştirak etməklə yarışıblar.

UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Məhəmməd Bendris Alami isə qeyd edib ki, beynəlxalq konvensiyalara əsasən ailə uşaqların inkişaf etdiyi, yaşadığı, qorunduğu və iştirak hüququnu həyata keçirdiyi əsas dəstək mənbəyidir.

Xatırladaq ki, hazırda Azərbaycanda 1 milyon 200 mindən artıq ailə var. Bunların 500 mini gənc ailələrdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR