Bank Of Baku

Ucarda 4 övladı dünyaya gələn ailəyə əsaslı təmir olunmuş yaşayış evi verilib

Ucarda 4 övladı dünyaya gələn ailəyə əsaslı təmir olunmuş yaşayış evi verilib
# 15 may 2009 11:50 (UTC +04:00)
Ucar. Zahid Abışov-APA. Bu gün Ucar rayon mərkəzində 4 uşaqları dünyaya gələn Dürdanə və Vahid Xəlilovlar ailəsinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əsaslı təmir olunmuş yaşayış evi verilib. Bu barədə APA-nın Aran bürosuna Ucar rayon İcra Hakimiyyətinin (İH) ictimai-siyasi şöbəsinin müdiri Məhəmməd Bayramov bildirib. Mərasimdə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, İH başçısı Arzu Qafurov, rayon ziyalıları iştirak edib. 1 mərtəbədən, 4 otaqdan ibarət ev nazirlik tərəfindən bütün avadanlıqlarla təchiz edilib. Evin ətrafı İH-nin dəstəyi ilə asfaltlanıb. İcra başçısı A. Qafurov adından ailəyə hədiyyələr təqdim edilib.
Qeyd edək ki, Ucar rayonunun Şilyan kəndində yaşayan Xəlilovlar ailəsinin 17 il övladları olmayıb. Ötən ilin sonlarında onların Rusiyada 4 övladları dünyaya gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR