Bank Of Baku

İsmayıllıda 3 övladı olan ailəyə mənzil hədiyyə olunub

İsmayıllıda 3 övladı olan ailəyə mənzil hədiyyə olunub
# 15 may 2009 12:13 (UTC +04:00)
İsmayıllı. Şahnəzər Bəşirov-APA. 2 ay öncə ьз qız övladı dünyaya gələn İsmayıllı rayonunun Qalagah kənd sakinləri - Malik Cəlilov və Aytən Cəfərovanın ailəsinə bu gün yaşayış evi verilib. APA-nın yerli bürosunun xəbərinə görə, uşaqların valideynləri heз yerdə işləmədiyindən gənc ailə maddi зətinliklərlə üzləşib. Ölkə prezidenti İlham Əliyevin tapşırığı ilə gənc ailəyə İsmayıllı şəhərinin Qələbə kьзəsi 1 ünvanında yerləşən yaşayış binasından 2 otaqlı mənzil alınaraq hədiyyə olunub. Ev müasir şəkildə əsaslı təmir olunub və yaşamaq üçün orada hər cür şərait yaradılıb. Mənzil daimi olaraq elektrik enerjisi, təbii qaz və iзməli su ilə təmin olunub.
15 may Beynəlxalq Ailə Günü münasibətilə bu gün prezident İlham Əliyevin adından ailəyə yataq və mətbəx mebeli, televizor, soyuducu və s. məişət avadanlıqları hədiyyə olunub. Bu hədiyyələri ailəyə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov təqdim edib. Məlumata görə, İsmayıllı rayon əhalinin sosial müdafiəsi mərkəzi tərəfindən hər ay 121 manat olmaqla bir il ərzində ailəyə ünvanlı dövlət sosial yardım veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR