Bank Of Baku

Lənkəranda II Ümumrespublika Ailə bayramı keçirilib

Lənkəranda II Ümumrespublika Ailə bayramı keçirilib
# 15 may 2009 12:20 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Bu gün Lənkəran rayonunda Beynəlxalq Ailə Gününə həsr olunmuş II Ümumrespublika Ailə bayramı keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) ilə Lənkəran şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə keçirilib. Mərasimdə AQUPDK-nin sədri Hicran Hüseynova, Lənkəran ŞİH-nin başçısı Süleyman Mikayılov və digərləri çıxış edərək ölkədə ailələrə göstərilən dövlət qayğısından danışıblar. Respublikanın bütün rayon və şəhərlərindən nümunəvi ailələrin təmsil olunduğu bayramda Lənkəranın Gərmətük qəsəbə sakini Sərhəd Məmmədovla onun həyat yoldaşının “brilliant toyu” qeyd olunub.
Qeyd edək ki, I Ümumrespublika Ailə bayramı ötən il Şamaxı rayonunda keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR