Bank Of Baku

Azərbaycanda IX şagirdləri üçün buraxılış imtahanlarının keçirilməsi qaydaları dəyişdirilib

Azərbaycanda IX şagirdləri üçün buraxılış imtahanlarının keçirilməsi qaydaları dəyişdirilib
# 15 may 2009 13:43 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Bu ildən Azərbaycanda IX şagirdləri üçün buraxılış imtahanlarının keçirilməsi qaydaları dəyişdirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı APA-ya bildirib ki, bu il IX sinif şagirdləri ötən illərdə olduğu kimi, beş fəndən deyil, iki fəndən - Ana dili və riyaziyyatdan imtahan verəcəklər. İmtahanın sualları Təhsil Nazirliyi tərəfindən tərtib olunacaq. Üç saat davam edəcək imtahanda şagirdlərə ana dili, ədəbiyyat, cəbr və həndəsəyə aid 50 sual təqdim ediləcək. İmtahanlar test üsulu ilə iyunun 5-də keçiriləcək. Əlli sualdan minimum 20-ə doğru cavab verən şagird qiymət almış hesab ediləcək. İmtahanı verə bilməyən şagirdlər isə payızda yenidən imtahan verməlidir.
İmtahanın keçirilmə qaydasının dəyişdirilməsi səbəbini açıqlayan Z. Əliqızı qeyd edib ki, bütün dünyada sinifdən sinfə keçid tam orta təhsil hesab edilmir. Buna görə də şagirdlərin iki əsas fəndən imtahan vermələri kifayətdir.

Z. Əliqızı qeyd edib ki, bu il Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeçiliyində olan 326 ümumtəhsil məktəbini 36 minə yaxın IX sinif şagirdi bitirəcək. XI sinif şagirdlərinə gəldikdə, onların imtahanları iyunun 16-da keçiriləcək. Məzunlar səkkiz fəndən mərkəzləşdirilmiş qaydada test üsulu ilə imtahan verəcəklər. Qeyd edək ki, Bakı məktəblərindən 25500-ə yaxın şagird bu il məzun olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR