Bank Of Baku

Bakıda “Tələbə baharı" tələbələrin III yaradıcılıq festivalı keçiriləcək

Bakıda “Tələbə baharı" tələbələrin III yaradıcılıq festivalı keçiriləcək
# 15 may 2009 14:28 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Mayın 21-22-də Bakıda "Tələbə baharı" adlı tələbələrin III yaradıcılıq festivalı keçiriləcək. Gənclər və İdman Nazirliyinin (GİN) Tələbə və tələbə təşkilatları ilə iş sektorundan APA-ya verilən məlumata görə, festivalın keçirilməsində məqsəd tələbə gənclərin estetik tərbiyə sistemini təkmilləşdirmək, asudə vaxtlarının səmərəli təşkil edilməsinə, yeni ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaq, yaradıcı və istedadlı gəncləri üzə çıxarmaq, onlara dövlət qayğısını artırmaqdır. Festivalda Bakıda fəaliyyət göstərən ali məktəblərlə yanaşı, Gəncə, Lənkəran, Mingəçevir və Sumqayıtın ali məktəblərinin yaradıcılıq kollektivləri və istedadlı tələbələri də iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR