Bank Of Baku

“Məktəbli uşaqlar arasında helmintoza qarşı” layihəsinin əhatə dairəsinə daha 10 rayon əlavə ediləcək

“Məktəbli uşaqlar arasında helmintoza qarşı” layihəsinin əhatə dairəsinə daha 10 rayon əlavə ediləcək
# 15 may 2009 16:08 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Səhiyyə Nazirliyi və “Vişnevskaya Rostropoviç” Fondunun Azərbaycanda birgə həyata keçirdiyi “Məktəbli uşaqlar arasında helmintoza (bağırsaq qurdu) qarşı” layihəsi gələn il daha 10 rayonda icra ediləcək. Fondun Azərbaycan üzrə nümayəndəsi Soltan Məmmədov APA-ya bildirib ki, hazırda layihə 35 rayonda reallaşır. Səhiyyə Nazirliyi tərəfindən maliyyələşdirilən layihə çərçivəsində fond məktəblilərin dərman preparatları ilə təmininə yardım göstərir.

İndiyədək layihə yarım milyon məktəblini əhatə edib. Layihənin icrası nəticəsində məktəbli uşaqlar arasında helmintoz xəstəliyinə yoluxma səviyyəsi 3-4 il əvvəlki 30 faiz göstəricisindən 3 faizə enib.

S. Məmmədov bildirib ki, layihənin icrasına 2005-ci ildə Səhiyyə Nazirliyi və Ümumdünya Ərzaq Proqramı birgə başlayıb. 2006-cı ildə layihəyə “Vişnevskaya Rostropoviç” Fondu da qoşulub. Hazırda isə layihə Səhiyyə Nazirliyi və Fond tərəfindən həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR