Bank Of Baku

Bakının Nəsimi rayonu ərazisində yararsız ərzaq məhsulları aşkarlanıb

Bakının Nəsimi rayonu ərazisində yararsız ərzaq məhsulları aşkarlanıb
# 16 may 2009 12:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəifindən istehlak bazarında mənşəyi məlum olmayan, istifadə müddəti ötmüş və yararsız ərzaq məhsullarından qorumaq istiqamətində aparılan monitorinq nəticəsində Nəsimi rayonu ərazisində yararsız ərzaq məhsulları aşkarlanıb. Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, Nəsimi rayonu ərazisində keçirilən monitorinqlər zamanı Ş. Əzizbəyov küçəsi 112 ünvanında Rövşən Abbasova, Ş. Əzizbəyov küçəsi 124 ünvanında Pərviz Tağıyevə və S. Rüstəm küçəsi 12 ünvanında yerləşən “Avrora” firmasına məxsus ticarət obyektlərində 36 adda 596 ədəd istifadəyə yararsız ərzaq məhsulları (kolbasa, sosiska, peçenye, dovğa, konserv, pendir, günəbaxan yağı, xama, qatılaşdırılmış süd, mayonez, vafli və s.) aşkar olunaraq məhv edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR