Bank Of Baku

Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 283 750 nəfərə çatıb

Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 283 750 nəfərə çatıb
# 18 may 2009 09:12 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı bu ilin əvvəli ilə müqayisədə 8612 nəfər artaraq 1 283 750 nəfərə çatıb. Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev APA-ya bildirib ki, onlardan 508 882 nəfəri kişi, 774 868 nəfəri qadındır. Qadınların 377 834 nəfəri çoxuşaqlı analardır. Bundan başqa, əmək pensiyası alanların arasında dövlət qulluqçusu kimi pensiya alanların sayı 9451 nəfər təşkil edir. Ümumilikdə əmək pensiyaçılarının 128 093-ü işləyən pensiyaçılardır. Hazırda yaşa görə pensiya alanların sayı 840 885 nəfərdir. Əlilliyə görə əmək pensiyası alan şəxslərin sayı isə 305 031 nəfər təşkil edir. Onlardan 22 286 nəfəri 1-ci qrup, o cümlədən 7613 nəfəri 1-ci qrup gözdən əlillərdir. Əmək zədəsi və peşə xəstəliyi ilə əmək pensiyası alan şəxslərin sayı isə 4605 nəfərdir. Bundan başqa, 36 526 nəfər güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərdir. Ailə başçısını itirməyə görə əmək pensiyası alan şəxslərin sayı isə 137 834 nəfərdir. Onlardan 22-i Azərbaycan Milli Qəhrəmanlarının ailə üzvləridir.

Qeyd edək ki, əmək pensiyası «Əmək pensiyaları haqqında» qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığorta olunan şəxslərin onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunan şəxslərin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara verilən aylıq pul ödənişidir. Əmək pensiyasının 3 növü - yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası var. 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı, 5 il sosial sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ var. Əlilliyə görə əmək pensiyası 19 yaşınadək əlil olmuş və ya sağlamlıq imkanları məhdud sığorta olunana bir il sosial sığorta stajı olduqda, 19 yaşından sonra əlil olmuş sığorta olunana isə 1 il sosial sığorta stajı və əlavə olaraq yaşın üstünə gələn hər tam il üçün 4 ay sosial sığorta stajı olduqda təyin edilir. Ailə başçısını itirməyə görə əmək pensiyası isə vəfat gününədək ailə başçısının yuxarıda göstərilən qaydada (əlilliyə görə əmək pensiyası hüququ yaranması şərtlərinə uyğun) sığorta stajı olduqda təyin edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR