Bank Of Baku

Dillər Universitetinin fransız dili fakültəsində müsabiqə keçirilib

Dillər Universitetinin fransız dili fakültəsində müsabiqə keçirilib
# 18 may 2009 09:46 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Azərbaycan Dillər Universitetinin (ADU) fransız dili fakültəsində Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş “Que Sais-ye” (“Mən nəyi bilirəm”) mövzusunda müsabiqə keçirilib. ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqədə tələbələrdən ibarət 6 komanda yarışıb. Qaliblər Fransanın Azərbaycandakı səfirliyindən ADU-ya göndərilən 10 ədəd “Le Rober” izahlı lüğəti ilə mükafatlandırılıblar. Müsabiqənin məqsədi Fransanın sivilizasiyası, mədəniyyəti haqqında tələbələrin hansı biliklərə malik olduqlarını öyrənmək və onların gələcəkdə keçiriləcək universitetlərarası müsabiqələrdə iştirakını təmin etmək olub. İntellektual yarışmada Fransanın mədəniyyətini, incəsənətini, siyasi mühitini əks etdirən suallar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR