Bank Of Baku

Dövlət Miqrasiya Xidmətinin rəisi MDB üzvü olan dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının iclasında iştirak edib

Dövlət Miqrasiya Xidmətinin rəisi MDB üzvü olan dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının  iclasında  iştirak edib
# 18 may 2009 10:42 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının Kazanda keçirilən 5-ci iclasında iştirak edib. Dövlət Miqrasiya Xidmətinin
İctimaiyyətlə Əlaqələr Şöbəsindən APA-ya verilən məlumata görə, iclasa Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Ukrayna miqrasiya orqanlarının rəhbərləri, habelə MDB İcraiyyə Komitəsinin, Beynəlxalq Miqrasiya Təşkilatının, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin, Avropa birliklərinin Rusiyadakı komissiyasının nümayəndələri qatılıblar. Toplantıda MDB üzv dövlətlərinin miqrasiya sahəsində vəziyyəti ilə bağlı məlumatlar dinlənilib. İştirakçılar “Əməkçi miqrantların MDB dövlətlərində əmək fəaliyyətini həyata keçirmələrinə dair mütəşəkkil cəlbetmə” konsepsiyası layihəsinə hazırlıq və üzv dövlətlərin miqrasiya orqanları arasında, həmçinin qanunsuz miqrasiyaya qarşı mübarizədə birgə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR