Bank Of Baku

Respublika Dövlət Arxivinin filialları üçün regionlarda yeni binalar tikiləcək

Respublika Dövlət Arxivinin filialları üçün regionlarda yeni binalar tikiləcək
# 18 may 2009 12:22 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. 2010-2013-cü illərdə dövlət investisiya xərcləri hesabına regionlarda Respublika Dövlət Arxivinin filialları üçün yeni binalar tikiləcək. Bu barədə APA-ya Milli Arxiv İdarəsinin direktor müavini Kamal Ağayev bildirib. Onun sözlərinə görə, hər biri 250 min arxiv işi tutan filial binalarının layihələri ilə bağlı təkliflər İqtisadi İnkişaf Nazirliyinə göndərilib. Hazırda ölkənin 15 bölgəsində Respublika Dövlət Arxivinin filialı fəaliyyət göstərir. Gəncə və Şəkidə artıq tikilməkdə olan filial binalarının tikintisi bu il başa çatacaq. Gələn il isə Salyan və Şirvan Dövlət Arxivləri üçün yeni binalar tikiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR