Bank Of Baku

Azərbaycan ərazisində hava qeyri-sabit keçəcək, bəzi yerlərdə leysan və dolu gözlənilir

Azərbaycan ərazisində hava qeyri-sabit keçəcək, bəzi yerlərdə leysan və dolu gözlənilir
# 18 may 2009 12:29 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, bəzi yerlərdə yağışın intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Mayın 19-da qərb küləyinin sürəti arabir 20-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Mayın 19-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin sürəti 15-20 m/s, gündüz arabir 23 m/s olacaq, yarımadanın bəzi yerlərində 25 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 12-16, gündüz 20-23 dərəcə isti olacaq. Mayın 20-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyinin sürəti 7-12 m/s, gündüz cənub küləyinin sürəti 8-13 m/s olacaq. Havanın temperaturu gecə 11-14, gündüz 20-24 dərəcə isti qeydə alınacaq. Mayın 21-də havanın yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyinin sürəti 7-12 m/s olacaq, gündüz arabir 15 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 12-15, gündüz 21-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 19-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam əsasən, şərq rayonlarında şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Qərb küləyinin sürəti 5-10 m/s olacaq, arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 12-17, gündüz 24-29 olacaq. Mayın 20-21-də havanın əsasən yağmursuz keçəcəyi, lakin 20-də gecə və axşam bəzi şərq rayonlarda şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gecə 10-15, gündüz 23-28 dərəcə isti təşkil edəcək.

Mayın 19-da Abşeron yarımadasında mülayim cənub küləyinin arabir güclənən xəzri küləyi ilə əvəz olunması bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər. Lakin mayın 20-21-də meteoroloji amillərin zəif və mülayim tərəddüdləri meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR