Bank Of Baku

Yaponiyanın hesabına Şəkidə uşaq bağçası, Balakəndə isə tibb məntəqəsi inşa edilib

Yaponiyanın hesabına Şəkidə uşaq bağçası, Balakəndə isə tibb məntəqəsi inşa edilib
# 18 may 2009 13:02 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant proqramı çərçivəsində Şəkinin Orta Zəyzid kəndində uşaq bağçası, Balakənin Talalar kəndində tibb məntəqəsi inşa edilib. Yaponiyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, mayın 20-də uşaq bağçasının, mayın 21-də isə tibb məntəqəsinin açılış mərasimləri keçiriləcək. Layihələrə müvafiq olaraq 84.573 və 88.000 dollar xərclənib. Tədbirlərdə rayon rəhbərliyi və Yaponiyanın Azərbaycandakı səfirliyinin müşaviri İlideomi Nakacima iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR