Bank Of Baku

Azərbaycan – Kuba hökumətlərarası komissiyasının nümayəndə heyəti Lənkəranda olub

Azərbaycan – Kuba hökumətlərarası komissiyasının nümayəndə heyəti Lənkəranda olub
# 18 may 2009 13:03 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Azərbaycan-Kuba hökümətlərarası komissiyasının nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Lənkəranda olub. APA-nın cənub bürosunun məlumatına görə, qonaqları qəbul edən Lənkəran şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Süleyman Mikayılov onları Lənkəranın sosial-iqtisadi göstəriciləri, turizm potensialı ilə tanış edib. Kuba Respublikasının xarici ticarət və xarici investisiyalar nazirinin müavini Rikardo Gerroro hər iki ölkə arasında olan dostluq əlaqələrinin hələ sovetlər dönəmindən başladığını, Azərbaycan müstəqillik əldə etdikdən sonra isə bu münasibətlərin daha da möhkəmləndiyini önə çəkib. Lənkərana gəlişinin paytaxt Bakı ilə yanaşı, ölkənin regionları ilə də tanışlıq məqsədi daşıdığını bildirən kubalı qonaq idman sahəsində təcrübə mübadiləsi ilə bağlı razılaşma əldə olunduğunu, bu məqsədlə Kubanın idman nazirinin və Boks Federasiyası prezidentinin yaxın zamanlarda Lənkərana səfər edəcəyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR