Bank Of Baku

Metrologiya üzrə Avrasiya Əməkdaşlıq Təşkilatının növbəti iclası Azərbaycanda keçiriləcək

Metrologiya üzrə Avrasiya Əməkdaşlıq Təşkilatının növbəti iclası Azərbaycanda keçiriləcək
# 18 may 2009 13:11 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Mayın 20-də Bakıda Metrologiya üzrə Avrasiya Əməkdaşlıq Təşkilatının (COOMET) 19-cu iclası və etalonlar üzrə Birləşmiş Komitənin 7-ci iclası keçiriləcək. Bu barədə «APA-Economics»ə Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə COOMET-ə üzv ölkələrin metrologiya sahəsindəki orqanların rəhbərləri, Beynəlxalq Ölçü və Çəki Bürosunun üzvləri iştirak edəcəklər.

Mayın 22-dək davam edəcək iclasda COOMET üzvləri illik hesabatlarını təqdim edəcək, yeni təklif və planları müzakirə edəcək.

Qeyd edək ki, COOMET təşkilatı ölçü cihazlarının metroloji xüsusiyyətlərinin uyğunlaşdırılması üzrə fəaliyyət göstərir. Təşkilata 17 ölkə üzvdür. Azərbaycan bu təşkilatda 2007-ci ildən tam hüquqlu üzvü kimi təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR