Bank Of Baku

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti yararsız ərzaq məhsulları aşkarlayıb

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti yararsız ərzaq məhsulları aşkarlayıb
# 18 may 2009 17:00 (UTC +04:00)
Bakı-APA. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi (İİN)yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti “Fərid” müstəqil şirkətinə məxsus topdansatış obyektində monitorinq aparıb. İİN-nin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, şirkətin Bakı şəhəri A. Cəlilov küçəsi, 23 ünvanında yerləşən topdansatış mərkəzində ümumi çəkisi 1420,1 kq olan 18336 ədəd istifadə müddəti ötmüş və yararsız ərzaq məhsulları (kolbasa, pendir, qənnadı məmulatları, yoqurt və s.) aşkar edilib. Həmin məhsullar Dövlət Xidmətinin əməkdaşları tərəfindən satışdan çıxarılaraq məhv edilib.

İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti bir daha əhalini mal alarkən diqqətli olmağı və keyfiyyətsiz məhsullarla bağlı Dövlət Xidmətinə məlumat verməyi tövsiyə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR