Bank Of Baku

Bu il Azərbaycanda 17 mindən artıq yeni iş yeri açılıb

Bu il Azərbaycanda 17 mindən artıq yeni iş yeri açılıb
# 19 may 2009 07:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk rübündə Azərbaycanda 17 416 yeni, o cümlədən 14 197 daimi iş yeri açılıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, daimi iş yerlərinin 12,7%-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 16,5%-i mövcud müəssisə və təşkilatlarda, 1%-i fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 69,8%-i isə fiziki şəxslər tərəfindən yaradılıb.

Yeni iş yerlərinin 68,5%-i regionlarda, əsasən Aran (18,5%), Gəncə-Qazax (12,6%), Abşeron (7,7%), Lənkəran (6,3%), Quba-Xaçmaz (6,3%), Şəki-Zaqatala (5,3%) və Naxçıvan (6,9%) iqtisadi rayonlarında yaradılıb.

Cari ilin birinci rübündə yaradılmış yeni iş yerlərinin 93,9%-i qeyri-dövlət sektorunda, daimi iş yerlərinin isə 1,8%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,7%-i tikinti, 4,6%-i emal sənayesi, 5,2%-i topdan və pərakəndə ticarət, avtomobillərin və motosikletlərin təmiri, 1,9%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,2%-i peşə, elmi və texniki fəaliyyət və digər sahələr üzrə açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR