Bank Of Baku

Ümumdünya Səhiyyə Təşkilatı: “Bu günədək 40 ölkədə “donuz qripi”nə yoluxmaya dair 8829 fakt qeydə alınıb”

Ümumdünya Səhiyyə Təşkilatı: “Bu günədək 40 ölkədə “donuz qripi”nə yoluxmaya dair 8829 fakt qeydə alınıb”
# 19 may 2009 08:16 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Mayın 18-dək Ümumdünya Səhiyyə Təşkilatına dünyanın 40 ölkəsindən A(H1N1) qrip virusuna yoluxmaya dair 8829 fakt barədə məlumat daxil olub. APA-nın məlumatına görə, yoluxma faktlarının 74-ü ölümlə nəticələnib. Ümumdünya Səhiyyə Assambleyasının Cenevrədə keçirilən 62-ci sessiyasında ÜST baş direktoru Marqaret Çan bildirib ki, bəşəriyyət XXI əsrdə ilk böyük təhlükə - birinci perspektiv pandemiya ilə üzləşib. O, “donuz qripi”nin ləğv olunması üçün ilk növbədə informasiyaya ehtiyac olduğunu deyib: “Təəssüflər olsun ki, hələlik bu virusun təbiəti haqqında dəqiq məlumat yoxdur. Son beş il ərzində beynəlxalq və milli səviyyələrdə “quş qripi”nin yayılmasına qarşı ciddi tədbirlər görülüb. Lakin A (H1N1) qrip virusunun pandemiyaya çevrilmək potensialı daha böyükdür. “Quş qripi”ndən fərqli olaraq bu virus çox sürətlə yayılır və insandan insana keçir”. Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri hələlik dünyanın bu epidemiyaya qarşı mübarizəyə hazır olmadığını deyib: “Hazırda bu virusa qarşı vaksin mövcud deyil, indiki istehsal gücü ilə isə 6,8 milyard insanı virus əleyhinə dərmanlarla təchiz eləmək mümkün olmayacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR