Bank Of Baku

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun sədri Niderlandda səfərdə olub

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun sədri Niderlandda səfərdə olub
# 19 may 2009 09:06 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümovun rəhbərlik etdiyi nümayəndə heyəti Niderlandda səfərdə olub. Bu barədə «APA-Economics»ə DSMF-nin sektor müdiri Elman Babayev məlumat verib.

Nümayəndə heyəti səfər çərçivəsində Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Şəbəkəsi Rəhbər Komitəsinin iclasında iştirak edib. İclasda qurumun fəaliyyətinin daha da gücləndirilməsi, yeni üzvlərin qəbulu, 2009-2010-cu illər ərzində keçiriləcək tədbirlər barədə müzakirələr aparılıb. İclasda Avropa Şəbəkəsinin ilk Forumunun 2010-cu ilin may ayında Varşavada (Polşa) keçirilməsi qərara alınıb.

Rəhbər Komitənin iclasının iştirakçıları səfər zamanı Niderland Sosial Sığorta Bankının Zaanstad şəhər şöbəsinin işi ilə də tanış olublar. Burada həmçinin adı çəkilən qurumun yeni istifadəyə verilmiş internet saytının təqdimatı keçirilib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti həmçinin «Müştəri yönümlü xidmətlərin göstərilməsi» mövzusunda ikigünlük seminarda iştirak edib. Almaniya, Albaniya, Azərbaycan, Belçika, Finlandiya, Fransa, İngiltərə, İsveç, İsveçrə, İtaliya, Macarıstan və Niderlandın sosial sığorta və pensiya fondlarının nümayəndə heyətlərinin qatıldığı seminarda əhaliyə göstərilən sosial sığorta xidmətlərinin keyfiyyətinin artırılması üçün müxtəlif ölkələrdə istifadə olunan müasir üsullar və texnoloji həllər müzakirəyə çıxarılıb. Azərbaycan nümayəndə heyəti tədbir çərçivəsində Almaniya, Belçika, Fransa və Polşanın pensiya və sosial sığorta orqanlarının nümayəndələri ilə görüşlər keçirilib. Görüşlərdə Azərbaycanda həyata keçirilən pensiya islahatlarının və qurulan yeni sığorta-pensiya sistemi normalarının Avropa ölkələrində tətbiq olunan təməl prinsiplərinə və texniki tələblərinə uyğun olduğu ifadə edilib.

Qeyd edək ki, Azərbaycan 2004-cü ilin sentyabr ayından BSTA-nın büro üzvü, 2007-ci ildə Assosiasiyanın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR