Bank Of Baku

Ağdamda canavar yuvası tapılıb

Ağdamda canavar yuvası tapılıb
# 19 may 2009 10:03 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu-APA. Ağdam rayonunun Eyvazlı kəndi yaxınlığında canavar yuvası aşkarlanıb. Bu barədə APA-nın Qarabağ bürosuna kənd sakini Nizam Hüseynov bildirib. O deyib ki, həmyerlisi Famil Fətəliyev özünün taxıl sahəsində, içində 4 canavar balası olan yuvaya rast gəlib. Kənd sakini canavarları götürsə də, sonradan onların ikisini buraxıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ağdam rayon şöbəsindən APA-ya bu cür hallara tez-tez rast gəlindiyi bildirilib: “Aparılan monitorinqlər göstərir ki, təmas xəttinin ermənilər tərəfində ekoloji cəhətdən məhv olma təhlükəsi ilə üzləşən canlılar yaşayış mümkün ola n ərazilərə axışırlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR