Bank Of Baku

Bakıda məzun tələbələr üçün əmək yarmarkası keçirilib

Bakıda məzun tələbələr üçün əmək yarmarkası keçirilib
# 19 may 2009 11:08 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Bakı Qafqaz Universitetində məzun tələbələr üçün əmək yarmarkası keçirilib. «APA-Economics»in məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi tərəfindən keçirilən yarmarkada Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda fəaliyyət göstərən 100-ə yaxın müəssisə və təşkilat tərəfindən 700-ə yaxın ixtisaslaşmış iş yeri təqdim olunub. İş yerlərinin seçimi tələbələrin özlərinə həvalə olunub.

Qeyd edək ki, məzun və tələbələr üçün növbəti analoji tədbirin mayın 27-də Azərbaycan Texniki Universitetində keçirilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR