Bank Of Baku

Gürcüstan Sərhəd Polisinin rəisi Azərbaycana gəlib

Gürcüstan Sərhəd Polisinin rəisi Azərbaycana gəlib
# 19 may 2009 12:02 (UTC +04:00)
Bakı – APA. Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin rəisi, general-mayor Zaza Qoqavanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlib. Dövlət Sərhəd Xidmətindən APA-ya verilən məlumata görə, qonaqlar əvvəlcə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər. Sonra Dövlət Sərhəd Xidmətində görüş keçirilib. Görüşdə Azərbaycan-Gürcüstan dövlət sərhədində, sərhəddəki buraxılış məntəqələrində şərait, habelə Azərbaycan və Gürcüstan sərhəd xidmətləri arasında əməkdaşlığın vəziyyəti və perspektivlər barədə fikir mübadiləsi aparılıb. Tərəflər beynəlxalq terrorçuluğa, qeyri-qanuni miqrasiyaya və qaçaqmalçılığa, dövlət sərhədində digər qanunsuz fəaliyyətlərə qarşı birgə və razılaşdırılmış səylər nəticəsində uğurlu mübarizənin aparıldığını təsdiqləyərək sərhəd xidmətləri arasında qarşılıqlı əlaqənin yüksək səviyyəsinin qorunub saxlanılmasının vacibliyini vurğulayıblar. Sonda protokol imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR