Bank Of Baku

“Azərsun Holdinq” talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirib

“Azərsun Holdinq” talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirib
# 19 may 2009 12:09 (UTC +04:00)
Bakı-APA. “Azərsun Holdinq” Şirkətlər Qrupu talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün növbəti qanvermə aksiyası keçirib. Şirkətlər Qrupundan APA-ya verilən xəbərə görə, aksiyada holdinqin tərkibində fəaliyyət göstərən bütün müəssisələrin 630-dan çox əməkdaşı qatılıb. Aksiyada iştirak edən “Azersun Holding” in prezidenti Abdolbari Goozal, aksiyanın əhəmiyyətindən danışaraq, bu tədbirin hər il davam edəcəyini bildirib. Qanvermə kampaniyası holdinqin regionlarda fəaliyyət göstərən müəssisələrində də təşkil olunacaq.
Qanvermədən əvvəl və sonra qaverən şəxslərə yüksək səviyyədə tibbi yardım göstərilib. Donor qanları Səhiyyə Nazirliyinin Qanköçürmə İnstitutunun qan bankına təhvil verilib.
Qeyd edək ki, “Azərsun Holdinq” 3-cü ildir ki, belə bir aksiya keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR