Bank Of Baku

Bakıda Mədəni Müxtəliflik Günü ilə bağlı tədbir keçirilib

Bakıda Mədəni Müxtəliflik Günü ilə bağlı tədbir keçirilib
# 19 may 2009 12:52 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Mayın 21-i BMT tərəfindən Ümumdünya Dialoq və İnkişaf Naminə Mədəni Müxtəliflik Günü kimi qeyd olunur. APA-nın məlumatına görə, BMT-nin Bakı ofisində bu münasibətlə keçirilən tədbirdə ofisin nümayəndəsi Envera Selimoviç bildirib ki, qadın olmaq asan iş deyil: “Müxtəlif ölkələrdə qadın şəbəkəsinin mövcudluğu gender məsələlərinin araşdırılmasına çox böyük yardım edir”. Layihənin koordinatoru Dilarə Vahabova “Qadın olmaq” adlı sərginin açıldığını xatırladıb və bildirib ki, bu sərgi 3 gün davam edəcək. Fəlsəfə İnstitutunun nümayəndəsi Əli Abbasov isə “Azərbaycanda gender araşdırmalarının bəzi istiqamətləri” adlı mövzu üzrə çıxış edib. Onun sözlərinə görə, rəsmi məlumatlara əsasən hazırda Azərbaycanda qadınlar əhalinin 52, kişilər isə 48 faizini təşkil edir: “Lakin həqiqətdə bu rəqəmlər daha fərqlidir. Çünki çox sayda kişi qazanc dalınca Rusiya, Türkiyə və digər ölkələrə üz tutub. Azərbaycan 10 ildən sonra demoqrafik problemlə üzləşəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR