Bank Of Baku

Terror əleyhinə əməliyyat qruplarının funksional vəzifələrinə dair Nümunəvi Təlimat təsdiqlənib

Terror əleyhinə əməliyyat qruplarının funksional vəzifələrinə dair Nümunəvi Təlimat təsdiqlənib
# 19 may 2009 14:41 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Nazirlər Kabineti “Terror əleyhinə əməliyyatları idarəetmə üzrə Əməliyyat Qərargahının fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan əməliyyat qruplarının funksional vəzifələrinə dair Nümunəvi Təlimat”ı təsdiq edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib. Əməliyyat Qərargahına tabe olan əməliyyat qruplarına terrorçuluğa məruz qalmış obyektin təhlükədən azad edilməsi, mülki əhalinin təhlükəsizliyinin təmin olunması, partlayıcı, kimyəvi, radioaktiv, zəhərləyici və digər təhlükəli əşyaların aşkarlanaraq zərərsizləşdirilməsi, həmçinin terrorun səbəb və şəraitinin araşdırılması və s. vəzifələr həvalə olunub. Təlimata əsasən Əməliyyat Qərargahının nəzdində terror əleyhinə əməliyyatın keçirilməsi üçün təcrid, mühasirə, zəbt, snayper, istehkamçı, cinayətkar hərəkətlərı qeydə alan, filtrasiya-yoxlama, təhlil, elçilər, rabitə, kütləvi informasiya vasitələri ilə əlaqə, ehtiyat, kəşfiyyat, axtarış, təqib, inzibati, efirə nəzarət, kinoloji, qəza-xilasetmə və tibbi yardım qrupu yaradılacaq.

Kütləvi informasiya vasitələri ilə əlaqə qrupuna terror hadisəsi və onun əleyhinə keçirilən əməliyyat tədbirləri barədə KİV üçün rəsmi məlumatları hazırlamaq, mətbuat konfransları təşkil etməklə yanaşı, terrorçuların tərksilah olunması məqsədilə xüsusi əməliyyatın uğurlu keçirilməsi üçün dezinformasiya xarakterli (terrorçuların diqqətinin yanlış istiqamətə yönəldilməsi, onlara psixoloji təsir göstərilməsi və s. məqsədlər üçün) məlumatları KİV vasitəsilə yayımlamaq həvalə olunub.

Efirə nəzarət qrupu isə terrorçuların, onlara kömək edən şəxslərin və girov saxlanılanların istifadə etdikləri mobil telefon, yaxud radiostansiyalarla aparılan danışıqlarını qeydə almaq və yerlərini təyin etmək, zəruri hallarda terrorçuların radiorabitə vasitəsilə apardıqları danışıqlara texniki maneələr yaratmaq səlahiyyətlərinə malik olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR