Bank Of Baku

Salyanda “Narkomaniya-əsrin bəlasına qarşı birgə mübarizə” mövzusunda seminar keçirilib

Salyanda “Narkomaniya-əsrin bəlasına qarşı birgə mübarizə” mövzusunda seminar keçirilib
# 19 may 2009 14:54 (UTC +04:00)
Salyan. Əlibәy Zeynallı-APA. Salyan rayonunda “Narkomaniya-əsrin bəlasına qarşı birgə mübarizə” mövzusunda seminar keçirilib. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, Salyan rayon Polis Şöbəsi, şəhər İcra Hakimiyyəti və Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsinin birgə təşəbbüsü ilə keçirilən tədbirdə rayon gəncləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən rayon Polis Şöbəsinin rəisi Fuad Məmmədli bildirib ki, bu ilin 5 ayı ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsinə görə 47 fakt müəyyən edilib. Buna görə də 43 rayon sakini cinayət və inzibati məsuliyyətə cəlb olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR