Bank Of Baku

Azərbaycan Universitetində Almaniyanın Zigen Universitetinin vitse-prezidenti ilə görüş keçirilib

Azərbaycan Universitetində Almaniyanın Zigen Universitetinin vitse-prezidenti ilə görüş keçirilib
# 19 may 2009 15:45 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Universitetində Almaniyanın Zigen Universitetinin vitse-prezidenti Manfred Grauerlə görüş keçirilib. Universitetdən APA-ya verilən məlumata görə, görüşdə hər iki təhsil müəssisəsi arasında yaxın gələcəkdə qurulacaq əlaqələrin istiqamətləri, eləcə də Azərbaycan Universiteti tələbələrinin Zigen və Almaniyanın digər universitetlərində təhsillərini davam etdirməsi barədə fikir mübadiləsi aparılıb. Gələn ildən başlayaraq Azərbaycan Universitetinin tələbələri təhsillərini Almaniya universitetlərdə davam etdirə biləcəklər.

Görüşün sonunda universitetin rektoru Akif Musayev Manfred Grauerə “Azərbaycan Universitetinin fəxri doktoru” diplomunu təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR