Bank Of Baku

Azərbaycanda bütün orta məktəblərinin vahid mərkəzdən İnternetə qoşulmasını təmin edən mərkəz gələn ay açılacaq

Azərbaycanda bütün orta məktəblərinin vahid mərkəzdən İnternetə qoşulmasını təmin edən mərkəz gələn ay açılacaq
# 19 may 2009 16:10 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Dövlət Proqramına əsasən bu ilin sonunadək Bakı, Sumqayıt və Abşeronda 500 məktəbin sürətli internet şəbəkəsinə qoşulması təmin ediləcək”. APA-nın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov bildirib. Onun sözlərinə görə, iyunun ortalarında nazirlikdə yaradılmış DATA Mərkəzinin açılışı keçiriləcək. Təhsillə bağlı bütün resurslar sözügedən DATA Mərkəzdə toplanılacaq: “DATA Mərkəz açılandan sonra məktəblərə internetdən informasiyalar yalnız müəyyən süzgəcdən keçirilən sonra veriləcək. Mərkəz yaradılandan sonra məktəblərdə şagirdlərin əxlaqa, milli dəyərlərimizə uyğun olmayan saytlara daxil olmasına imkan verilməyəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR