Bank Of Baku

Təhsil naziri: “Maliyyə böhranı ilə əlaqədar yeni məktəb binalarının tikilməyəcəyi ilə bağlı fikirlər əsassızdır”

Təhsil naziri: “Maliyyə böhranı ilə əlaqədar yeni məktəb binalarının tikilməyəcəyi ilə bağlı fikirlər əsassızdır”
# 19 may 2009 16:18 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Maliyyə böhranı ilə əlaqədar yeni məktəb binalarının tikilməyəcəyi ilə bağlı fikirlər kökündən yanlışdır”. APA-nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov deyib. Nazir bildirib ki, Azərbaycan hökumətinin bütün sahələr, o cümlədən təhsil üzrə hər il təsdiq etdiyi siyasət davam etdirilir: “Bu il məktəb tikintisi ilə bağlı nəzərdə tutulmuş bütün işlər davam etdiriləcək. Ola bilər ki, yeni məktəb tikintisi əvvəlki illərdəki qədər olmasın. Çünki biz son beş il ərzində 1600-dən çox yeni məktəb tikmişik və əsaslı təmir etmişik. Birmənalı şəkildə deyirəm ki, nəzərdə tutulmuş, tikintisinə başlanılmış bütün təhsil müəssisələrində işlər gedir və yeni dərs ilinin başlanğıcına qədər istifadəyə veriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR