Bank Of Baku

Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 322,3 min nəfərə çatıb

Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 322,3 min nəfərə çatıb
# 20 may 2009 07:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il may ayının 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 322,3 min nəfər olub, onların isə 4 061,0 min nəfərini məşğul əhali təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2009-cu ilin yanvar-mart aylarında müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin siyahı sayı 1 383,5 min nəfər, orta siyahı sayı isə 1 358,5 min nəfər olub, 875,5 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 483 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

Muzdla işləyənlərin 20,1%-i istehsal sahələrində, o cümlədən 12,6%-i sənayedə, 4,8%-i tikintidə, 2,7%-i kənd təsərrüfatı, ovçuluq, meşə təsərrüfatı və balıqçılıq sahəsində məşğul olub. Xidmət sahəsində çalışanların 25,5%-i təhsil, 19,5%-i topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri, 10,1%-i səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,9%-i nəqliyyat, anbar təsərrüfatı və rabitə, 6,2%-i digər kommunal, sosial və şəxsi xidmətlərin göstərilməsi, 5%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi, 4,2%-i dövlət idarəetməsi və müdafiə sahəsində, 2,5%-i isə digər sahələrdə məşğul olub.

Cari ilin ilk rübü ərzində müəssisə və təşkilatlarda 5 min nəfər əcnəbi iqtisadi əmək fəaliyyəti ilə məşğul olub. Əcnəbilərin 1,4 min nəfəri sənayedə, 1,5 min nəfəri tikintidə, 0,6 min nəfəri daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi sahəsində, 0,5 min nəfəri topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri, 0,4 min nəfəri təhsil sahəsində və 0,6 min nəfəri digər sahələrdə işləyib.

Məşğulluq mərkəzlərinin məlumatına görə, 2009-cu il may ayının 1-i vəziyyətinə ölkədə rəsmi işsiz statusuna malik olan şəxslərin sayı 44 004 nəfər olub, onların 46,1%-ni qadınlar təşkil edib. Bir boş iş yerinə tələbat işsiz statusuna malik olan 5 nəfər şəxsdən ibarət olub. İşsizliyə görə müavinətin orta məbləği 148,6 manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR