Bank Of Baku

QHT-lərə Dövlət Dəstəyi Şurası və Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu müştərək layihə və proqramlar maliyyələşdirəcək

QHT-lərə Dövlət Dəstəyi Şurası və Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu müştərək layihə və proqramlar maliyyələşdirəcək
# 20 may 2009 09:31 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Respublikasının prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurası və Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu (ACİ YF) müştərək layihə və proqramlar maliyyələşdirəcək. QHT-lərə Dövlət Dəstəyi Şurasının mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bu barədə tərəflər arasında bu gün keçirilən görüşdə razılıq əldə edilib. Şura sədri Azay Quliyev görüşdən sonra bildirib ki, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına çalışan hər iki donor təşkilatın bir sıra strateji hədəfləri eynidir və burada müştərək fəaliyyətin səmərəsi daha yüksək ola bilər.

Onun sözlərinə görə, ACİ YF, Dünya Bankı, “Counterpart İnternational” və Azərbaycanda fəaliyyət göstərən digər donorlarla Şuranın yaxın əməkdaşlığı ölkə üçün xüsusi əhəmiyyət kəsb edən sahələr üzrə layihə maliyyələşdirməsini gücləndirir və bəzi layihələrin təkrar maliyyələşdirilməsi hallarını istisna edir. Bundan əlavə, donorlar arası əməkdaşlıqda təcrübə mübadiləsinin də önəmli rol oynadığını qeyd edən A. Quliyev artıq Şura ilə Dünya Bankının müştərək layihələri maliyyələşdirilməyə başladığını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR