Bank Of Baku

Azərbaycanda Mina Təhlükəsizliyi üzrə Beynəlxalq Təlim Mərkəzi yaradılacaq

Azərbaycanda Mina Təhlükəsizliyi üzrə Beynəlxalq Təlim Mərkəzi yaradılacaq
# 20 may 2009 09:32 (UTC +04:00)
Bu barədə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Nazim İsmayılov bildirib. Onun sözlərinə görə, bu mərkəzdə BMT İnkişaf Proqramının dəvəti ilə digər ölkələrdən də mina axtaranlar təlim keçəcəklər. ANAMA-nın Göygöl rayonundakı tədris bazasında xaricdən gələn minaaxtaranların təlim keçəcəyini bildirən N. İsmayılov yaxın zamanlarda Tacikistandan 8, Əfqanıstandan 10 nəfər mina axtaranın Azərbaycanda bir neçə aylıq təlim keçəcəyini də deyib. O həmçinin Gürcüstanının mina axtaranlarının bu yaxınlarda Azərbaycana gələcəyini də deyib. N. İsmayılovun sözlərinə görə, BMT İnkişaf Proqramı Azərbaycanda mövcud mina axtaran kadrlar üzrə potensialı qiymətləndirmək üçün tender keçirəcək. Təlim Mərkəzi isə qiymətləndirmədən sonra formalaşdırmağa başlanacaq. BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Buruno Pueza isə deyib ki, BMT İnkişaf Proqramı Azərbaycanın mina təmizlənmə sahəsində gördüyü işləri yüksək dəyərləndirir və bu mərkəzi digər ölkələrdə də təbliğ edəcək ki, xaricdən olan minaaxtaranlar Azərbaycana gəlib təlimlərdə iştirak etsinlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR