Bank Of Baku

Bakı Slavyan Universitetində akademik Məmməd Arif Dadaşzadəyə həsr olunmuş guşənin açılış mərasimi keçirilib

Bakı Slavyan Universitetində akademik Məmməd Arif Dadaşzadəyə həsr olunmuş guşənin açılış mərasimi keçirilib
# 04 iyun 2009 14:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Bakı Slavyan Universitetində (BSU) alim, tanınmış tənqidçi akademik Məmməd Arif Dadaşzadəyə həsr olunmuş guşənin açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, təqdimetmə mərasimində BSU-nun rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdullayev çıxış edib və alim Məmməd Arif Dadaşzadənin yaradıcılığından söz açıb. Ədəbi fikrin formalaşmasında Məmməd Arifin xüsusi iz qoyduğunu qeyd edən rektor onun kitablarını ədəbiyyata, mədəniyyətə verdiyi töhfə kimi dəyərləndirib. K. Abdullayev qeyd edib ki, bir müddət əvvəl Məmməd Arif Dadaşzadənin şəxsi kitabları ailə üzvləri tərəfindən BSU-nun kitabxanasına hədiyyə olunub. Görüşdə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, akademik Bəkir Nəbiyev, professor Şirməmməd Hüseynov çıxış edərək Məmməd Arif barədə xatirələrini danışıblar. Mərasimdə M.A. Dadaşzadənin nəvəsi Zümrüd xanım kitablar üçün xüsusi guşə ayırdığına görə universitet rəhbərliyinə minnətdarlığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR