Bank Of Baku

Abşeron yarımadası, Bakı şəhəri və rayon mərkəzlərinin ortofotoplanlarının hazırlanması ilə bağlı aerofotoçəkilişlər başa çatıb

Abşeron yarımadası, Bakı şəhəri və rayon mərkəzlərinin ortofotoplanlarının hazırlanması ilə bağlı aerofotoçəkilişlər başa çatıb
# 04 iyun 2009 15:10 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Abşeron yarımadası, Bakı şəhəri və respublikanın rayon mərkəzlərinin 1:1000 miqyasında ortofotoplanlarının hazırlanması üçün nəzərdə tutulan aerofotoçəkiliş işləri tamamlanıb. Bu barədə «APA-Economics»ə Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) mətbuat xidmətindən məlumat verilib.

Hazırda ölkənin digər ərazilərinin 1:5000 miqyasında ortofotoplanlarının hazırlanması ilə bağlı aerofotoçəkilişlər davam etdirilir. Bununla yanaşı, ABŞ-ın «İkonos» peyki vasitəsilə Azərbaycanın dağlıq və sərhəd ərazilərinin 1:10000 miqyasda ortofotoplanlarının tərtibi üçün peyk çəkilişləri həyata keçirilir.

Qeyd edək ki, ortofotoplanların hazırlanması üçün texniki spesifikasiyalar DTXK-nın ekspertləri tərəfindən hazırlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR