Bank Of Baku

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 meşə mühafizəsi və bərpası müəssisəsində yoxlama aparıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 meşə mühafizəsi və bərpası müəssisəsində yoxlama aparıb
# 05 iyun 2009 06:48 (UTC +04:00)
Bakı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin mütəxəssisləri tərəfindən mayın 18-dən 23-dək nazirliyə daxil olmuş ərizə-şikayətlərlə bağlı 3 Meşə Mühafizəsi və Bərpası Müəssisəsində yoxlama aparılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yoxlama zamanı 3009,85 manat köküstə nırx dəyərində 631,62 m3 həcmində 624 ədəd qanunsuz qırıntı aşkar edilərək sənədləşdirilib və qanuna müvafiq tədbirlər görülüb. Onlardan 2890,39 manat köküstə nırx dəyərində 603,88 m3–i Cəlilabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsində (MMBM) aşkar olunub, həmin müəssisənin 6 nəfər rəhbər və meşə mühafizə işçiləri barəsində müxtəlif intizam tənbeh tədbirləri görülüb. 3 nəfər tutduqları vəzifədən azad edilib.
Eyni zamanda “Yerli meşə materiallarından qanunsuz istifadənin qanunauyğunluğunun araşdırılmasına dair komissiya”nın üzvləri tərəfindən keçirilən yoxlama zamanı Bakı, İsmayıllı, Şəmkir və Qubada ümumilikdə 16,8 m3 həcmində qanunsuz daşınan işlik (yararlı) meşə materialı, habelə 1190 kq ağac kömürü saxlanılıb. Komissiyanın üzvləri tərəfindən saxlanılan materiallar qanunsuz istifadə olunduğuna görə 3904,22 manat həcmində ziyan hesablanaraq sənədləşdirilib və qanuna müvafiq tədbirlər görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR