Bank Of Baku

Asiya İnkişaf Bankı su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması layihəsi üzrə Azərbaycana vəsait ayrılması məsələsinə baxacaq

Asiya İnkişaf Bankı su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması layihəsi üzrə Azərbaycana vəsait ayrılması məsələsinə baxacaq
# 05 iyun 2009 08:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu il sentyabrın 24-də Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurası çoxtranşlı maliyyələşdirmə proqramına (MFF) daxil olan «Şəhər su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması layihəsi» üzrə vəsait ayrılması məsələsinə baxacaq. AİB-in Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, layihəninin ilk fazası Göyçay, Naxçıvan və Ağdaşı əhatə edəcək və bu şəhər və rayonların su və kanalizasiya təchizatının yaxşılaşdırılması üçün 75 mln. ABŞ dolları həcmində kreditin ayrılacağı gözlənilir. Layihənin ikinci fazasına Ağcabədi, Balakən və Beyləqan rayonları, üçüncü fazasında isə Bakı ətrafında olan qəsəbələr daxil olacaq. Qeyd edək ki, birinci fazaya daha 200 mln. dolların, ikinci fazaya isə 150 mln. dolların cəlb olunması planlaşdırılır.
Xatırladaq ki, artıq AİB bu layihə çərçivəsində Azərbaycan hökumətinə 30 mln. dollar həcmində kredit ayırıb. Vəsait layihə üçün nəzərdə tutulan ləvazimatlar, işlər, əlaqədar xidmətlər və konsaltinq xidmətlərinə yönəldiləcək.
Azərbaycanla AİB arasında layihənin icrasına dair razılaşma sənədi 2005-ci ilin noyabr ayında imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR