Bank Of Baku

Azərbaycanın orta ixtisas məktəblərinə və ali məktəblərin bakalavr pilləsinə qəbul imtahanlarının günləri açıqlanıb

Azərbaycanın orta ixtisas məktəblərinə və ali məktəblərin bakalavr pilləsinə qəbul imtahanlarının günləri açıqlanıb
# 05 iyun 2009 08:39 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. TQDK sədri deyib ki, 3-cü ixtisas qrupu üzrə mülki ali məktəblərə, Daxili İşlər Nazirliyinin Polis Akademiyasına, Mili Təhlükəsizlik Nazirliyinin Akademiyasına qəbul imtahanları iyulun 5-də keçiriləcək. 1-ci ixtisas qrupu üzrə ali məktəblərə, Müdafiə Nazirliyinin ali hərbi məktəblərinə, Fövqəladə Hallar Nazirliyinin Akademiyasına və Bakı Yanğın Texniki Məktəbinə qəbul imtahanı iyulun 12-də baş tutacaq. 4-cü ixtisas qrupu üzrə mülki ali məktəblərə, hərbi liseylərə, Azərbaycan Tibb Universitetinin orta hərbi tibb məktəbinə (feldşer ixtisası) imtahanlar iyulun 18-də olacaq.
2-ci ixtisas qrupu üzrə isə mülki ali məktəblərə, Dövlət Sərhəd Xidmətinin akademiyasına qəbul imtahanları iyulun 24-də baş tutacaq.
M. Abbaszadə bildirib ki, rus bölməsi abituriyentlərinin Azərbaycan dili fənni üzrə növbəti imtahanı iyunun 21-də keçiriləcək. Qeyd edilib ki, abituriyentlər imtahana buraxılış vərəqəsini iyunun 18-dən TQDK-nın İnternet saytına daxil olaraq çap etməlidirlər.

TQDK sədrinin sözlərinə görə, ali məktəblərin magistratura pilləsinə qəbul imtahanlarının ikinci mərhələsi isə iyunun 21-də keçiriləcək. İmtahanda iştirak etmək üçün bakalavrlar iyunun 18-dən etibarən elektor ərizələrini daxil olaraq, imtahana buraxılış vərəqəsini çap etməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR