Bank Of Baku

TQDK qəbul imtahanları ilə bağlı ictimaiyyəti maarifləndirmək üçün hər həftə brifinq keçirəcək

TQDK qəbul imtahanları ilə bağlı ictimaiyyəti maarifləndirmək üçün hər həftə brifinq keçirəcək
# 05 iyun 2009 09:53 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) qəbul imtahanları ilə bağlı ictimaiyyəti maarifləndirmək üçün hər həftə brifinq keçirəcək. APA-nın məlumatına görə, bu barədə TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında məlumat verib. O deyib ki, hər həftənin beşinci günü saat 11.00-da TQDK-da keçiriləcək brifinqlər zamanı qəbul imtahanları ilə bağlı mətbuatın istənilən sualı operativ cavablandırılacaq. Rəhbərlik etdiyi qurumun təkcə mediaya yox, abituriyentlərə və bütün ictimaiyyətə açıq olduğunu deyən M. Abbaszadənin sözlərinə görə, TQDK-nın nəzdində əhali ilə işləmək üçün xüsusi sektor fəaliyyət göstərir: “Gün ərzində bu sektorda fəaliyyət göstərən növbətçilər əhalidən ünvanlanan istənilən sualı cavablandırırlar. TQDK-da iki elektron köşk də fəaliyyət göstərir. Gün ərzində bu məlumat xidmətinə daxil olub, istənilən suala cavab almaq mümkündür. Təəssüf ki, indiyədək bu elektron köşklərin xidmətindən cəmi on beş nəfər istifadə edib”.
M. Abbaszadənin sözlərinə görə, TQDK-nın 141 nömrəli telefonu imtahanlarla bağlı tez-tez səsləndirilən suallara avtomatik cavab verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR