Bank Of Baku

2009-2010-cu tədris ili üçün magistratura pilləsinə 5168 yer ayrılıb

2009-2010-cu tədris ili üçün magistratura pilləsinə 5168 yer ayrılıb
# 05 iyun 2009 10:31 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “2009-2010-cu tədris ili üçün magistratura pilləsinə qəbul imtahanının ikinci mərhələsi iyunun 21-də keçiriləcək. Bu il ölkənin 33 ali məktəbinin magistr pilləsinə qəbul aparılır. Onlardan 24-ü dövlət, 9-u isə özəl ali məktəblərdir. Bu il magistraturaya ayrılan ümumi qəbul planı 5168 yerdən ibarətdir. Azərbaycan bölməsi üzrə 3720, rus bölməsi üzrə 753, birgə müsabiqə aparılan ixtisaslar üzrə 695 yer ayrılıb”. APA-nın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə “Magistr” jurnalının IV sayını təqdim edərkən deyib. M. Abbaszadə bildirib ki, magistratura pilləsinə mayın 3-də keçirilmiş qəbul imtahanının birinci mərhələsində müsabiqə şərtlərini ödəyən, ümumi balı 50-dən, məntiqi təfəkkürü yoxlayan testdən topladığı bal 20-dən, informatika və xarici dil səviyyəsinə yoxlayan testdən topladığı bal 10-dan az olmayan bakalavrlar imtahanın ikinci mərhələsinə buraxılır və ixtisas seçimində iştirak edirlər. M. Abbaszadə deyib ki, bakalavr 8-13 iyun tarixlərində “ödəmə kartı”ndan istifadə etməklə, TQDK-nın müvafiq internet səhifəsində “Bakalavr elektron ixtisas seçimi ərizəsi” formasına daxil olaraq, qəbul proqramını və kodlarını seçərək təsdiq etməlidirlər.
Qeyd edək ki, jurnalın bu sayında 2009-2010-cu tədris ili üçün Türkiyə universitetlərinin magistratura pilləsinə Azərbaycan vətəndaşlarının qəbulu, Rusiya Federasiyası XİN-nin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutun (Universitetinin) nəzdindəki Beynəlxalq Enerji Siyasəti və Diplomatiya İnstitutunun magistr hazırlığı üzrə beynəlxalq proqramı haqqında da məlumat verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR