Bank Of Baku

Abel Məhərrəmov: “Bakı Dövlət Universitetinin Boloniya sisteminə qoşulması üçün ciddi işlər görülüb”

Abel Məhərrəmov: “Bakı Dövlət Universitetinin Boloniya sisteminə qoşulması üçün ciddi işlər görülüb”
# 05 iyun 2009 10:41 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, rektor bu il BDU-nun 90 yaşının tamam olduğunu, dövlət başçısının sərəncamına əsasən universitetin yubileyinin qeyd ediləcəyini deyib. A. Məhərrəmov bildirib ki, hazırda ölkə üzrə fəaliyyət göstərən 49 ali məktəbdə bakalavr pilləsində təhsil alan 128 min tələbənin 18 mini BDU-nun payına düşür: “Bakı Dövlət Universitetində 300-dək elmlər doktoru, 1000-ə yaxın dosent tələbələrin təhsili ilə məşğul olur. Universitet 1919-cu ildə fəaliyyətə başlayanda cəmi 42 müəllimi, 300-dək tələbəsi olub. O vaxt iki fakültə - filologiya və tibb fakültələri fəaliyyət göstərdiyi halda, indi 16 fakültədə müxtəlif ixtisaslar üzrə kadr hazırlığı aparılır. Bu günədək universitetdə 51 ölkədən 10 min xarici vətəndaş təhsil alıb. Hazırda isə 14 xarici ölkədən 1300-dək tələbəmiz var. Ümumiyyətlə, 90 ildə universitet 150 mindən çox yüksək ixtisaslı kadrlar hazırlayıb”.

A. Məhərrəmovun sözlərinə görə, universitetin Boloniya sisteminə qoşulması istiqamətində ciddi işlər görülüb və bu prosesin böyük hissəsi arxada qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR