Bank Of Baku

Məleykə Abbaszadə: “Qəbul imtahanlarında əsas rəqabət dördüncü qrupun abituriyentləri arasında olacaq”

Məleykə Abbaszadə: “Qəbul imtahanlarında əsas rəqabət dördüncü qrupun abituriyentləri arasında olacaq”
# 05 iyun 2009 11:07 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. “Bu il qəbul imtahanlarında əsas rəqabət dördüncü qrupun abituriyentləri arasında olacaq. Belə ki, bu qrup üzrə 16 min 583 abituriyent elektron ərizəsini təsdiq etdirib. Bu isə bir yer uğrunda beş abituriyentin mübarizə aparması deməkdir”. APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, I ixtisas qrupu üzrə 36 min 221 abituriyent (1 yerə 1,4 nəfər), II qrupa 25 min 354 nəfər (1 yerə 3,5 nəfər) III qrupa isə 36 min 116 nəfər (1 yerə 3,8 nəfər) sənəd verib. TQDK sədri xatırladıb ki, “elektron ərizə”sini vaxtında təsdiqlətdirməyən abituriyentlərə heç bir güzəşt edilməyəcək: “Abituriyentlərə ali məktəblərə sənəd vermək və “elektron ərizə”lərini təsdiqlətdirmək üçün 41 gün vaxt verilib. Bu, kifayət qədər böyük müddətdir. Ona görə də güzəşt sözünü yaddan çıxarmaq lazımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR