Bank Of Baku

Gənclər və İdman Nazirliyi gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi üçün yeni müsabiqə elan edəcək

Gənclər və İdman Nazirliyi gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi üçün yeni müsabiqə elan edəcək
# 05 iyun 2009 11:59 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Gənclər və İdman Nazirliyi (GİN) gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi üçün yeni müsabiqə elan edəcək. GİN-in gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayevin APA-ya verdiyi məlumata görə, “Azərbaycan gəncliyi” Dövlət Proqramına və “Gənclər siyasəti haqqında” qanuna görə, nazirlik gənclər təşkilatlarına dövlət yardımı göstərir və hər il onların layihələrinin maliyyələşməsi ilə bağlı müsabiqə elan edir: “Bu il ərzində 23 gənclər təşkilatının layihəsi maliyyələşdirilib. Bunlar əsasən gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, məşğulluq məsələləri, regionlarda gənclər üçün biznes mərkəzlərinin yaradılması, QİÇS və narkomaniya ilə bağlı maarifləndirmə, gənclərin vətənpərvərlik ruhunun qaldırılması ilə bağlı olan layihələrdir. Ən çox layihələr bu istiqamətdə maliyyələşdirilir. 23 layihədən 7-si bu istiqamətdədir. Bu layihələr bir çox rayonları əhatə edir. İstəyirik ki, bu layihələrdə region gəncləri daha çox təmsil olunsun”.
F. Babayevin sözlərinə görə, nazirliyin gələn həftə elan edəcəyi növbəti layihə müsabiqəsi daha geniş masştabı əhatə edəcək: “Təbii ki, dövlət gənclər siyasəti ilə bağlı bütün istiqamətləri tam şəkildə əhatə edə bilməz. Biz gənclər təşkilatlarını bu sahədə nazirliyə partnyor təşkilat görərək, belə qərara gəlmişik ki, hansı sahədə boşluqlar varsa, o sahə üzrə təşkilatları maliyyələşdirək. Qaçqın və məcburi köçkün gənclərlə iş, gənclərin asudə vaxtının təşkili, ucqar kənd rayonlarında yaşayan gənclərlə iş bu sahələrə aiddir. Bu il seçki ili olduğundan, bələdiyyə seçkiləri ilə bağlı gənclərin maarifləndirilməsinə xüsusi önəm veriləcək”.
Sektor müdiri deyib ki, nazirlik 23 layihənin maliyyələşməsinə 150 min manat vəsait ayırıb. Yeni layihə müsabiqəsinə ayrılan vəsait isə daha artıq olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR