Bank Of Baku

Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyi regionlarda yaşayan əlillərin hüquqi maarifləndirilməsi layihəsini həyata keçirir

Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyi regionlarda yaşayan əlillərin hüquqi maarifləndirilməsi layihəsini həyata keçirir
# 05 iyun 2009 11:59 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyi regionlarda yaşayan əlillərin hüquqi maarifləndirilməsi layihəsini həyata keçirməyə başlayır. Birliyin rəhbəri Hafiz Səfixanovun APA-ya verdiyi məlumata görə, Azərbaycanın regionlarında yaşayan müharibə əlilləri arasında aparılmış sorğular göstərib ki, onlar mövcud qanunvericilikdə təsbit olunmuş hüquqlarını bilmirlər və bu səbəbdən də öz hüquqlarının müdafiəsində çətinlik çəkirlər. Yeni layihə məhz bu problemin aradan qaldırılmasına kömək edəcək. Ümumi büdcəsi 8727 avro olan qrant layihəsinin 7588 avrosu Abilis Fondu tərəfindən maliyyələşdirilib. Qalan məbləğ isə Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyi tərəfindən maliyyələşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR