Bank Of Baku

“Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi”nin 2 stansiyasına baxış keçirilib

“Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi”nin 2 stansiyasına baxış keçirilib
# 05 iyun 2009 13:05 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Novxanı-Sumqayıt sahil zolağında “Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi”nin 2 stansiyasına baxış keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu stansiyalarda quraşdırılmış 6 bioloji təmizləyici qurğunun fəaliyyəti nəticəsində Xəzər dənizinə gün ərzində 600 m3 həcmində axıdılan çirkab suyun müvafiq norma və standartlara uyğun təmizlənməsi təmin ediləcək. Ölkə prezidentinin “Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında” sərəncamlarına uyğun olaraq Abşeron yarımadasının Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Nardaran, Novxanı və Sumqayıt sahilboyu ərazilərində beynəlxalq standartlara cavab verən modul tipli lokal təmizləyici qurğular quraşdırılaraq istismara verilməsi davam edir. Aparılan işlərin nəticəsi olaraq gün ərzində 6140 m3 çirkab suyun təmizlənmədən və zərərsizləşdirilmədən dənizə axıdılmasının qarşısı alınıb. Mərdəkan qəsəbəsinin sahil zolağında yerləşən “Qızıl qum” istirahət mərkəzi yaxınlığındakı gölməçələrin səviyyəsi tamamilə azalaraq son quruma mərhələsinə çatdırılıb. “Marian Beach” istirahət mərkəzi və Buzovna qəsəbəsinin “Əli ayağı” ziyarətgahının yanında, eləcə də Buzovna qəsəbəsinin qamışlıq sahəsində çirkab suların sözügedən təmizləyici qurğularda müvafiq norma və standartlar səviyyəsində təmizlənərək dənizə axıdılması nəticəsində qeyd olunan ərazilərdə çirkab gölməçələrin səviyyəsi azalıb və bataqlaşmış sahələrin 50%-dən çox hissəsində ekoloji tarazlığın bərpası təmin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR