Bank Of Baku

MDB Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Hökumətlərarası Şurasının iclası keçiriləcək

MDB Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Hökumətlərarası Şurasının iclası keçiriləcək
# 05 iyun 2009 13:08 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. İyunun 10-11-də Minskdə (Belarus) MDB Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Hökumətlərarası Şurasının iclası keçiriləcək. Bu barədə «APA-Economics»ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov məlumat verib.

R. Həsənovun sözlərinə görə, iclasda MDB ölkələri arasında standartlaşdırma, metrologiya, sertifikatlaşdırma, akkreditasiya sahəsində əməkdaşlıq məsələləri ilə yanaşı, ötən bir il ərzində görülmüş işlər, Şuranın qərarlarının icrası, habelə, əməkdaşlığın gələcək perspektivləri, yeni layihələr müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR