Bank Of Baku

Gəncədə gənclər təşkilatlarının Respublika Sərgisi keçiriləcək

Gəncədə gənclər təşkilatlarının Respublika Sərgisi keçiriləcək
# 05 iyun 2009 14:17 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. İyunun 25-də Gəncədə gənclər təşkilatlarının Respublika Sərgisi keçiriləcək. Bu barədə APA-ya Gənclər və İdman Nazirliyinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev məlumat verib. O bildirib ki, sərginin keçirilməsində məqsəd gənclər təşkilatlarının fəaliyyətini stimullaşdırmaqdır: “Gənclər təşkilatlarının Respublika Sərgiləri üçüncü ildir keçirilir. Əvvəlki illərdən fərqli olaraq, bu dəfə sərginin regionda keçirilməsi qərara alınıb. Bununla region gənclərini ictimai fəaliyyətə cəlb etmək, gənclər təşkilatları haqqında cəmiyyətə lazımi informasiyaları çatdırmaq, onlar arasında əməkdaşlıq üçün şərait yaratmaq məqsədi güdürük. Hər təşkilat üçün xüsusi stendlər ayrılacaq və təşkilatlar özləri ilə bağlı bütün məlumatları həmin stendlər vasitəsilə təqdim edə biləcəklər”.

T. Babayevin sözlərinə görə, sərgidə 70-dək regionda fəaliyyət göstərən gənclər təşkilatı iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR