Bank Of Baku

QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvləri ilə 2009-cu ildə maliyyə yardımı almış 45 təşkilat rəhbərinin görüşü keçirilib

QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvləri ilə 2009-cu ildə maliyyə yardımı almış 45 təşkilat rəhbərinin görüşü keçirilib
# 05 iyun 2009 14:30 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvləri ilə 2009-cu ildə maliyyə yardımı müsabiqəsinin qalibi olmuş, 3 prioritet fəaliyyət istiqaməti üzrə 45 layihə həyata keçirən təşkilat rəhbərlərinin görüşü keçirilib. Şuranın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə insan hüquq və azadlıqlarının müdafiəsi, demokratik proseslərin inkişafı və vətəndaşların seçki fəallığının artırılması, söz, fikir və ifadə azadlığının genişlənməsi, QHT-lərin institusional inkişafı və onlarda peşəkarlığın artırılması, QHT maarifçiliyi və QHT-lərin ictimaiyyətlə əlaqələrinin (PR) gücləndirilməsi, elm, təhsil və mədəniyyətin inkişafına dair təşəbbüslərin dəstəklənməsi mövzuları müzakirə edilib. Şura Katibliyinin İcraçı direktoru Fərasət Qurbanov bildirib ki, toplantının məqsədi Şura ilə təşkilatlar arasında layihələrin icrası üzrə imzalanmış müqavilə öhdəliklərinə dəqiq əməl edilməsinin vacibliyini layihə və təşkilat rəhbərlərinin bir daha diqqətinə çatdırmaqdır. F. Qurbanov layihələrin icrasının və əldə edilən nəticələrin effektivliyinin təmin olunması üçün təşkilat rəhbərlərinə müasir metodologiyadan istifadə etməyi və qabaqcıl təcrübədən yararlanmağı məsləhət görüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR